Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Milli Aviasiya Akademiyasının dəstəyi, Milli Aviasiya Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində “SKYLAB” düşərgəsi keçirilmişdir.
Düşərgə çərçivəsində Quba Rayon Məhkəməsinin hakimi Nigar Xəlilova tərəfindən “Hüquqi tənzimləmələr” mövzusunda təlim keçirildi. Təlim zamanı hüququn cəmiyyətdəki rolu, hüquqi məsuliyyət, qanunvericiliyin əsas prinsipləri və müxtəlif sahələrdə hüquqi tənzimləmələrin əhəmiyyəti haqqında ətraflı məlumat verildi.
İştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq hüquqi biliklərini zənginləşdirmək və hüquqi məsələlərə daha geniş prizmadan yanaşmaq imkanı əldə etdilər.












