“Uşaqları qoru” beynəlxalq humanitar təşkilatının fevralın 18-də yaydığı hesabatda bildirilir ki, son beş ildə qlobal silahlı münaqişələr nəticəsində 500 min uşaq öldürülüb. Bu, münaqişə zonalarında hər ili 100 min, gündəlik isə 300 azyaşlının həlak olması deməkdir.
Baku.News təşkilatın saytına istinadla xəbər verir ki, hesabatda uşaq ölümü hallarının ən çox rast gəlindiyi ölkələrin Əfqanıstan, Yəmən, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Suriya, İraq, Mali, Nigeriya və Somali olduğu bildirilir. Qeyd olunur ki, məhz bu ölkələr 2017-2018-ci illərdə ən qızğın münaqişə ocaqları olub.
Hesabat müəllifləri diqqətə çatdırıblar ki, həyatını itirən azyaşlılar təkcə birbaşa silahlı atışmalar nəticəsində ölənlər deyil. Onların bir çoxu silahlı münaqişə zonalarında hökm sürən aclıq, xəstəliklər, xəstəxanaların çatışmaması nəticəsində ölürlər. Sənəddə deyilir: “Ölən uşaqların sayı son beş ildə 870 min nəfər artıb və onların beşdəbiri beş yaşına çatmayanlardır. Silahlı münaqişələrin şiddətlənməsi və əhatə dairəsinin genişlənməsi, həmçinin uşaqların hüquqlarının pozulması halları da ölümlərin artmasına təsir edir”.
Təşkilatın hesabatında qeyd olunur ki, uşaqlardan başqa, son beş ildə münaqişə zonalarında 175 min nəfər döyüşçü də həlak olub.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


