Azərbaycanda bu gündən etibarən yeni tədris ili başlayır. Paytaxt küçələri, xüsusən, orta məktəblərin ətrafı əllərində gül dəstələri olan birincilərlə gözəlləşib.
Gülüb sevinənlərlə yanaşı valideynlərindən ayrıldığı üçün kövrəlib ağlayan, yaşıdlarına qaynayıb-qarışa bilməyən, sübh tezdən oyanmağa öyrəşməmiş yarıyuxulu balacalar da var.

















