ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı hərbi təlim dəstəyini 350 milyon dollar qarşılığında 5 il uzadılmasına qərar verib.
BAKU.NEWS xəbər verir ki, sözügedən məbləğ Səudiyyə Ərəbistanı tərəfindən mükafat, mənzil, rabitə və uşaqların təhsili daxil olmaqla müxtəlif xidmətlər müqabilində ödəniləcək.
Qərar “Xarici Hərbi Satışlar” daxilində nəzərdən keçirildiyi üçün Konqresin Silahlı Qüvvələri və Xarici Əlaqələr Komitələri 30 gün etiraz etmədiyi təqdirdə tətbiq edilə bilər.
Bundan əlavə, ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı müxtəlif ölkələrə 1 milyard 196 milyon 500 min dollar məbləğində hərbi satış edilməsinə qərar verildiyini açıqlayıb.


