Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.
BAKU.NEWS bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, eks-nazir barəsindəki cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.
Xəbəri rus dilində oxuyun: Двери ведущие к вершине – SkyHome!
Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.
***
Məhkəmə prosesi təxirə salınıb.
Buna səbəb məhkəmə heyətinə daxil olan hakim İlham Mahmudovun verdiyi koronavirus testinin pozitif çıxması olub.


