Bakıda səkilər günü-gündən yoxa çıxır.
Belə ki, səki gah yox olur, gah ortasında işıq dirəyi “peyda” olur, gah da park edilmiş maşınlarla zəbt olunur. Azərbaycanın müasir paytaxtı sağlam insanların piyada hərəkəti üçün də narahatdır.
BAKU.NEWS xəbər verir ki, bloqer Anar Əliyev nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə Nərimanov rayonunda bir sıra küçələri gəzib, bu küçələrin nümunəsində mövcud problemləri göstərib.


