Tarixi bir günə şahidlik edirik. 30 ildən sonra Xankəndi stadionunda Qarabağ-MOİK qarşılaşması keçirilir. Mənə görə nəticənin necə olmağından asılı olmayaraq hər iki komanda qalibdir.
Şəkildəkilər isə atamın döyüş yoldaşlarıdır. İllər əvvəl silah yoldaşı olub, torpaqlarımız uğrunda birgə vuruşublar. Onlarla bugün burda olmaq möhtəşəm hissdir. Hazırda yaşadığım duyğuları sözlə ifadə etmək çox çətindir.
Şəkildə mənim yerimdə atamın dayanmağını çox istərdim.
Amma əminəm ki, o bu tarixi günü görür və sevinir.
Bu tarixi anı bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram!
Xankəndi
Oruc İbrahimov


