Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.
Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.
H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.
Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri general-polkovnik Səfər Mehdiyevin bacanağı olduğu bildirilir. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə də gündəmə gəlmişdi.
TREND
- Sabah hava necə olacaq?
- İnsan alveri hər kəsin üzləşə biləcəyi təhlükədir – VİDEO
- Bakıda yanan Doğum Evinin binası 2 milyona bərpa ediləcək
- Türkiyənin Egey sahilləri fərqli istirahət təcrübəsi təqdim edir – FOTOLAR
- İnsanlıq satılmır…
- SOCAR Kanada şirkəti ilə Azərbaycanın quru ərazisində seysmik kəşfiyyat aparacaq
- Azərbaycanda 6 ayda MDSS haqları üzrə daxilolmalar 6 %-dən çox artıb
- Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı


