“PAŞA Sığorta” ASC-ə İnsan resursları və daxili kommunikasiyalar üzrə direktor təyin edilib.
Bu vəzifə Şəbnəm Əliyevaya həvalə olunub.
Ş.Əliyeva 2014-cü ildən bu vaxta qədər “PAŞA Həyat Sığorta” şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu dəfə bu ilin fevral ayından avqust ayına qədər şirkətdə İnsan resursları üzrə direktor olub.
Xatırladaq ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur. (plat.az)


