Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkəyə səfəri çərçivəsində Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.
Fərid Əhmədov ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistan İslam Respublikasının Baş nazirinə çatdırıb.
Məhəmməd Şahbaz Şərif də öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, mədəni və dini bağlılıqlara əsaslandığı, eyni zamanda bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb.
Görüşdə Ədliyyə Nazirliyi ilə Pakistanın Federal Hüquq və Ədliyyə Nazirliyi arasında son iki ildə imzalanmış Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üzrə tədbirlərin həyata keçirildiyi bildirilib. İki ölkə arasında imzalanmış hüquqi sənədlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Ölkələr arasında hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıq müzakirə edilib. Həmçinin hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcud olduğu vurğulanıb.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


