Sabunçu rayonu Sabunçu qəsəbəsinin, Qəzənfər Musabəyov küçəsinin sakinləri su problemi yaşayırlar.
BAKU.NEWS xəbər verir ki, sakinlərin iddiasına görə, onlar uzun illərdir içməli su problemi yaşayırlar.
“15 ildir bu problemlə üz-üzəyik. Aidiyyəti qurumlar deyirlər ki, su yoxdur, qrafiklə veririk. Amma elə deyil. İstədikləri zaman suyu kəsirlər”, – deyə şikayətçi qeyd edib.


