Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan, “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin sabiq rəisi Eldar Camalovun məhkəmə prosesi yekunlaşıb.
BAKU.NEWS xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, E. Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci ( mıənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.


