Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili koronavirusa yoluxub.
BAKU.NEWS xəbər verir ki, bu barədə o “Pirveli” telekanalına açıqlamasında bildirib.
Siyasətçinin sözlərinə görə, o, xəstəliyi bir neçə həftə öncə yüngül formada keçirib.
Saakaşvili koronavirusun asimptomatik olduğunu və antikor testindən sonra xəstəlik haqqında öyrəndiyini sözlərinə əlavə edib.


