Lakin işin içində inhisarçı iqtisadi məqsədin durduğu ortaya çıxıb
Rusiyada 2014-2018-ci illər ərzində Rusiya məktəblilələrinin ala biləcəyi dərsliklərin sayı 71% azaldılıb. Lakin bu Kremlin sahibinə yaxın adamın nəşriyyatındakı satışların sayını artırmaq üçün həyata keçirilib.
Baku.News xəbər verir ki, bu məlumat Fransanın “Le Monde” qəzetinin yazarı İzabel Mandronun yazısında gedib.
“Moskva Ali İqtisad Məktəbinin professoru İqor Lipsits onlar tərəfindən 10 və 11-ci sini şagirdləri üçün yazılan kitabın “vətənə sevgini doğru ifadə etmədiyi” bəhanəsi ilə federal siyahıdan çıxarılmasından olduqca qəzəbli olduqlarını ifadə edib. Belə ki, ktabın 60-cı səhifəsində keçmiş SSRİ-də uzun növbələrin olması barədə sətirlər Kremldə oturanların xoşuna gəlməyib. Bu senzorlaırn gözündə əsl “küfr” hesab olunub”,-deyə İzabel Mandro yazır.
Rusiyanın iqtisadi icmalçısı və təhsil üzər ekspert Boris Qrozovski başqa dərsliklərin də müxtəlif bəhanələrlə “rüsvayçı dirəyə” mismarlanacağını qeyd edib. Onun sözlərinə görə, bu hücum 2000-ci illərdən başlayıb və dövlət hazırda tarixin indiki rejimin istədiyi tərzdə çatdırılmasını istəyir.
“Rusiya Təhsil akademiyası indi güc orqanlarının sadəcə bir qoluna çevrilib. Onun Elmi şurasında müdafiə naziri Sergey Şoyqu, Vladimir Putinlə Almaniyanın Drezden şəhərində birlikdə xidmət edən, hazırda ölkənin sənaye və hərbi şirkətlərinin konqlomeratı sayılan “Rostex”in rəhbəri Sergey Çemezov kimi adamların isimlərinə rast gəlmək olar. Nəticədə son 4 ildə bütün fənlər üzrə dərsliklər tam 71%, yəni 2982 addan 893-ə endirilib.
Boris Qrozovki isə həmin rəqəmin arxasında digər gerçəkliyin dayandığını bildirir. Belə ki, dərslik satışı kimi gəlirli sahədə, Vladimir Putinin yaxın dostu və monopolist Arkadi Rotenberqə məxsur “Maarif” nəşriyyatı da söz sahibi olmaq istəyir.
Professor Lipsists 2019-cu ildə “Maarif” nəşriyyatının satış bazarındakı payının 33%-dən 59%-ə yüksəldiyinə diqqət çəkib.


