Moskvada sabahdan etibarən vaksinasiya üçün elektron qeydiyyat başlayır.
BAKU.NEWS bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, ilk olaraq həkimlər, müəllimlər və sosial işçilər qeydiyyatdan keçəcək.
Böyük peyvənd partiyaları gəldikcə, bu siyahının genişlənəcəyi vurğulanıb.
Vaksinasiya dekabrın 5-dən başlayacaq.


