Yaxın bir neçə ildə Rusiyada sürücüsüz taksilər peyda olacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu fikri “Yandex Taxi”nin baş direktoru Aleksandr Anikin Rəqəmsal Nəqliyyat Forumunda bildirib.
“Düşünürəm ki, yaxın bir neçə il ərzində Rusiya şəhərlərinin küçələrində sürücüsü olmayan avtonom taksilər sınaq formasında peyda olacaq. Növbəti 5-10 il ərzində onların sayı minlərlə, bəlkə də on minlərlə olacaq.Bu, yeni normal halına gələcək, biz bu proseslərin demək olar ki, fərqinə varmayacağıq”, -o proqnozlarını açıqlayıb.
Bir müddət öncə Rusiya Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Heitzeer 2033-cü ilə qədər Rusiyada ictimai nəqliyyatın, o cümlədən avtobusların 30%-nin pilotsuz rejimə keçəcəyini bildirmişdi. Bu, həm də ictimai nəqliyyatda sürücü çatışmazlığı ilə bağlı problemi də aradan qaldıracaq.


