Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur”, “Relslər üzərinə uzanmış adam” və “Çətin olsa da, həyat davam edir” kitabları Özbəkistanın tanınmış “Yangi Asr Avlodi” nəşriyyatında özbək dilində çap edilib.
Xatırladaq ki, daha öncə yazıçının “Bu şəhərdə kimsə yoxdur” romanı Türkiyədə “Destek yayınları” tərəfindən, Livanda “Arab Scientific Publishers” (ASP) tərəfindən ərəb dilində nəşr olunub. “Relslər üzərinə uzanmış adam” kitabı Amerikada keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.
Müxtəlif janrlarda 30 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” yazıçılar birliyinin üzvüdür. Bir çox əsərləri özbək, ərəb, ingilis, rus və türk dillərinə tərcümə edilib. İngilis dilində əsərləri Amerikanın “Readers’ Favorite”, “IndieReader”, “Kirkus”, “Self-Publishing Review” kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəylər alıb.


