Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verib.
Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Kolumbiyada baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların meydana gəlməsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində hiss olunub.
TREND
- Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dən çox artıb
- “Kontakt Home”a maliyyə sanksiyası tətbiq edildi – Haqsız rəqabət!
- “Azeronline”da müqavilələr “SİMA İmza” ilə tam rəqəmsal!
- “PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
- “Azərpoçt”un mobil tətbiqində “AZQR” ödəniş funksiyası istifadəyə verilib
- Bakıda və bölgələrdə hava yağmurlu olacaq
- Məşhur şadlıq sarayı 5,5 milyona satışa çıxarıldı
- Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib


