Xalq artisti Rafiq Hüseynov axşam saatlarında (Rəmiş) xəstəxanaya yerləşdirilib.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Qafqazinfo”ya gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, həkim nəzarətindədir.
Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.


