ÖZÜNÜ KƏŞF ET – təhsil göstəricilərini yüksəltməyə xidmət edən psixoloji inkişaf proqramı çərçivəsində regionlarda görüşlərimiz davam edir. Budəfəki görüşümüz Lənkəranda oldu.
Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə məktəb direktorlar ilə görüşümüz baş tutdu. “Üzləşmə” kitabı, layihənin uğurları, layihə istiqamətində gələcək planlarımız haqqında danışdıq.
Layihəyə verdikləri böyük dəstək üçün Texniki Humanitar Liseyin direktoru Mirzoyeva Kamalə müəlliməyə, Lənkəran – Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Mətanət Ağayevaya, Akif müəllimə (S.Kazımbəyov adına 6 saylı məktəb-lisey), Səadət müəlliməyə (V.Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-lisey), Sevər müəlliməyə (İ.Mahmudov adına 1 saylı TOM), Zaur müəllimə (M.Bağırov adına 1 saylı TOM), Araz müəllimə (C.Əzimov adına Veravul kənd 2 saylı TOM) təşəkkürümü bildirirəm.
Regionlarda silsilə görüşlərimiz davam edəcək.
Rövşən Abdullaoğlu



















