AGMA regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün “Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə forumu” nu təşkil edir.
Forum 11 dekabr 2021 –ci ildə Şəmkir rayon Kimya – biologiya təmayüllü liseyində keçiriləcək. Forumda Şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən gənc müəllimlər iştirak edəcəklər. Gənc müəllimlər təqdim olunacaq 5 təlimdən istəklərinə uyğun 2 təlimdən yararlana bilərlər.
Təklif olunan təlim istiqamətləri aşağıdakılardır:
– Netvörkinq bacarığı;
– Təqdimat bacarığı və natiqlik;
– Müəllimin innovativ bacarıqları;
– Sinfin idarə olunması;
– Çətin tərbiyə olunan şagirdlərlə iş.
Foruma qoşulmaq istəyən gənc müəllimlər Rayon Təhsil Şöbələrinə müraciət etsinlər!
Gənc müəllimlərin maariflənməsinə, özlərini inkişaf etdirməsinə, işlərini sevgi ilə görməsinə yardımçı olmaq bizim məqsədimizdir!
Qeyd: Forumda iştirak edən müəllimlərə iştirakçı sertifikatı veriləcək


