“Xiaomi” şirkəti yüksək etibarlılıq və gündəlik əyləncələr üçün nəzərdə tutulmuş yeni “Redmi 15 Series” smartfon seriyasını təqdim etdi. Seriyanın smartfonları 7000 mA·s (tip.) həcmli batareya, böyük 6,9 düymlük FHD+ displey və 50 Mp-lik AI ikili kamera ilə təchiz edilib. Xiaomi HyperOS 2¹ əməliyyat sistemi ilə işləyən “Redmi 15”, müxtəlif cihazlar arasında düşünülmüş və qarşılıqlı əlaqəli istifadəçi təcrübəsini təmin edir.
Gündəlik eleqant dizayn və etibarlı qoruma
Aktiv gündəlik istifadə üçün işlənib hazırlanmış “Redmi 15” seriyası etibarlılığı və müasir estetikanı özündə birləşdirir. Təbii elementlərdən ilhamlanaraq hazırlanmış bu seriya, dəqiq icranı və zərif dizaynı özündə birləşdirməklə yanaşı həm də dörd dəbli çalarda təqdim olunur: Sandy Purple, Ripple Green, Titan Gray və Midnight Black².
Metal elementlərlə təchiz edilmiş, dörd tərəfi yuvarlaq arxa panel hətta uzunmüddətli istifadə zamanı belə əlinizə ideal dərəcədə rahat və etibarlı şəkildə oturur.
Smartfonlar toz və su sıçramalarına qarşı IP64 qoruma reytinqinə malikdir və Wet Touch 2.0³ texnologiyası ilə təchiz edilmişdir ki, bu da ekranın nəm, yağlı və ya sabunlu barmaqlarla toxunuşlara belə həssas qalmasını təmin edir. Bu, istənilən gündəlik ssenaridə etibarlı qorumanı və rəvan qarşılıqlı əlaqəni təmin edir.
7000 mA·s güc və rəvan, effektiv performans
Qabaqcıl silisium-karbon anod texnologiyası sayəsində, “Redmi 15” seriyası “Xiaomi”nin qlobal smartfon bazarında ən böyük batareyası – 7000 mA·saat (tip.) həcmli “Xiaomi Surge” batareyası ilə təchiz edilib. Bu batareya bir dəfə şarj etməklə iki günə qədər istifadəni təmin edir⁴.
• “Redmi 15” seriyası 28 saata qədər video izləməni dəstəkləyir və cəmi 1% şarjla 64 dəqiqəyə qədər danışmaq imkanını təmin edə bilir.
Şarj vaxtı çatdıqda, 33 vatlıq sürətli şarj imkanı boş dayanma müddətini əhəmiyyətli dərəcədə azaldır⁶.
Smart Charging Engine 2.0 sayəsində smartfon şarjı tam bitdikdən sonra bir neçə saniyə ərzində işə düşür, Battery Health 4.0 sistemi isə ətraf mühit şəraitindən asılı olaraq şarj strategiyasını ağıllı şəkildə tənzimləyir, bu da batareyanın uzunömürlülüyünü təmin edir⁵.
18 Vt gücündə naqilli reversiv şarj funksiyası ilə smartfon yolda olarkən uyğun cihazları şarj etmək üçün portativ batareya kimi istifadə edilə bilər⁷.
Gücün və performansın balansı
Enerji və sürətin optimal kombinasiyası üçün:
• “Redmi 15” seriyası Snapdragon® 685 mobil platforması ilə təchiz edilib.
Platforma enerjiyə qənaət edən 6-nm texnoloji prosesi əsasında hazırlanıb ki, bu da gündəlik ssenarilər zamanı, o cümlədən kazual oyunlarda rəvan çoxtapşırıqlılığı, operativ veb-sörfinqi və sabit işi təmin edir.
Əlavə çeviklik üçün “Redmi 15 Series” aşağıdakıları dəstəkləyir:
• Memory Extension⁸ funksiyası sayəsində 16 GB-dək operativ yaddaş,
• 2 TB-dək genişləndirilə bilən yaddaş⁹,
• fərqli məlumat saxlama və performans ehtiyaclarını qarşılamaq üçün müxtəlif yaddaş konfiqurasiyaları.
Komfort üçün optimallaşdırılmış cəlbedici 6,9 düymlük displey
Tam immersiya üçün optimallaşdırılmış “Redmi 15” seriyası internetdə sörfinq, striminq və oyunlar üçün aydın görüntünü və dolğun rəngləri təmin edən 6,9 düymlük FHD+ displeylə (2340×1080) təchiz edilmişdir.
• AdaptiveSync doqquz tənzimləmə səviyyəsi ilə 144 Hz-dək yeniləmə tezliyini dəstəkləyir, rəvan və realistik təsviri təmin edir¹⁰.
• 288 Hz-dək toxunuş seçimi tezliyi displeyin həssaslığını artırır.
• Tipik parlaqlıq 700 nit, HBM rejimində isə 850 nitə çatır, bu da ekranı parlaq işıqda belə mükəmməl oxunaqlı edir.
Oxuma rejimi, DC Dimming texnologiyası ilə birlikdə, uzunmüddətli istifadə zamanı gözlərin yorğunluğunu azaldır.
Displey TÜV Rheinland sertifikatlarına malikdir:
• Low Blue Light (Software Solution) – mavi işıq səviyyəsinin azaldılması,
• Flicker-Free – titrəmələrin olmaması,
• Circadian-Friendly – təbii bioritmlərin dəstəklənməsi.
Bu həllər sayəsində ekran gün ərzində komfortlu baxışı və rəvan görüntünü təmin edir.
AI funksiyalı kamera və daha parlaq təəssüratlar üçün immersiv səs
Gündəlik yaradıcılıq və əyləncələr üçün yaradılmış “Redmi 15” seriyası intuitiv kamera, keyfiyyətli immersiv səs və geniş qoşulma imkanlarını özündə birləşdirir.
Kameranın ümumi imkanlarına daxildir:
• Asan və aydın gecə çəkilişləri üçün avtomatik gecə rejimi
• Təbii portretlər üçün selfinin yaxşılaşdırılması rejimi
• Seçilmiş modellərə yüngül animasiyalar və dinamik elementlər əlavə etmək¹¹ üçün Dynamic Shots.
Yaradıcılıq imkanlarını genişləndirmək üçün Redmi 15 5G təklif edir:
• AI Erase – fotolardakı lazımsız obyektləri silir.
• AI Sky – səmanın görünüşünü və detallarını yaxşılaşdırır¹².
Səs sistemi vizual təcrübəni tamamlayır:
• Səsin dərinliyi və aydınlığı üçün Hi-Res Audio və Dolby Atmos® dəstəyi,
• Hətta səs-küylü yerlərdə belə aydın və dolğun səslənməni təmin etmək üçün səsin gurluğunun 200% artırılması¹³.
İntellektual funksiyalar və rahat ekosistem
Xiaomi HyperOS 2¹ əməliyyat sistemi ilə işləyən “Redmi 15 Series” smartfonları “Xiaomi Interconnectivity” texnologiyasını, o cümlədən aşağıdakıları dəstəkləyir:
• zənglərin sinxronizasiyası,
• şəbəkənin sinxronizasiyası,
• bir neçə cihazda eyni vaxtda rəvan işləmək üçün¹⁴ ümumi bufer saxlancı (Shared Clipboard).
Həmçinin seriya aşağıdakılarla tam uyğundur:
• Lazımi məlumatı dərhal axtarmaq üçün Circle to Search with Google¹⁵.
• Performansı artırmaq və gündəlik tapşırıqları sadələşdirmək üçün Google Gemini¹⁶.
Qiymət və əlçatanlıq
“Redmi 15” iki yaddaş variantı ilə təklif olunur:
• 8GB + 128GB variantı 389 AZN-dən başlayan qiymətlərlə
• 8GB + 256GB variantı 419 AZN-dən başlayan qiymətlərlə
Smartfonlar üç dəbli rəngdə təqdim olunur: bənövşəyi, titan və qara.
“Redmi 15” smartfonlarını artıq “Kontakt”, “Baku Electronics”, “İrşad” və “Soliton” mağazalarında əldə etmək mümkündür.


