Londonda məskunlaşmış Qurban Məmmədova məxsus qalmaqallı səsyazma ortaya çıxıb. Səsyazmada Qurban Məmmədov xarici dövlətlərdən idarə olunduğunu etiraf edib.
BAKU.NEWS Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Ağabəy Həmidli adlı sosial şəbəkə istifadəçisi özünün “Facebook” hesabında bildirib.
O, Qurban Məmmədovun səsyazmasını paylaşaraq bunları qeyd edib:
“Yuyulması mümkün olmayan bir cinayət varsa, o da vətənə xəyanətdir.
Dövlət və dövlətçiliyimiz əleyhinə təbliğat aparmaq üçün hər bir Azərbaycanlının ağrı-acılı yeri olan, Tərtər hadisələri üzərində manipulyasiya etməklə, sui-istifadə edənlər mütləq cəzasını almalıdır. Hər dəfə xəyanət edənlər var ki, artıq xəyanət xarakterlərinin bir parçasına çevrilib! Q. Məmmədov kimilərinin…”, deyə paylaşımda vurğulanıb.


