Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət Evində “Qonağımız var” layihəsi çərçivəsində tanınmış müğənni Elnarə Xəlilova ilə görüş keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə tanınmış müğənninin həyat və fəaliyyəti haqqında məlumat verilib, ona məşhurluq gətirən mahnılarından söhbət açılıb.
Daha sonra Elnarə Xəlilova sevilən mahnılarını səsləndirib, tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.
Sonda görüş “Səma” rəqs kollektivinin müşayiətilə sevilən müğənninin ifasında “Vətən oğlu” mahnısı ilə sona çatıb və xatirə şəkilləri çəkdirilib.


