Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev ümumilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən, dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir.
Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Fenomen şəxsiyyət Ulu Öndər Heydər Əliyev dühasının layiqli davamcısı cənab Prezident İlham Əliyev ölkemizde innovasiya ve inteqrasiya siyasətinin əsasını qoydu. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci növbədə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Dövlətimizin başçısı həm daxili, həmdə xarici siyasət kursunun həyata keçirilməsi prosesində analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabilliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Xarici siyasət kursu hər bir dövlətin, o cümlədən müstəqil Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmləndirilməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərin ödənilməsini, regional və beynəlxalq problemləri birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Son 20 ildə hakimiyyət dövrü ərzində Cənab Prezidentin göstərdiyi liderlik keyfiyyəti Azərbaycanın daxili və xarici siyasətində, siyasi iqtisadi sahədə qazanılmış strateji nailliyyətlərində müstəsna bir rol oynuyub. Möhtərəm cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 il (2003-2023) ərzində ölkəmizin inkişafı dünya çapında tutmuş olduğu mövqe statistik rəqəmlərdədə özünü göstərir.
1. Strateji valyuta ehtiyatları (2003)1.4 milyard dollardan 68.3 milyard dollara (2023). Strateji valyuta ehtiyatları Ümumdaxili məhsulun 97%-nə bərabədir. (ÜDM)
2. Ümumdaxili məhsul (ÜDM) (2003)7.3 milyard dollardan 78.7 milyard dollara (2023).4 dəfə artım.
3. Ölkənin xarici ticarət dövriyyəsi (2003) 3.8 milyard dollardan 52.7 milyard dollara(2023).
4. Dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata qədər yüksəlmişdi.
5. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44.7%dən 5.5%-enib.
6. Ölkəmizə qoyulan investisiyalar 310.4 milyard dollar olmuşdur.
Ölkəmizin karbohidrogen ehtiyyatlarının dünya bazarlarına çıxarılması cənab Prezidentin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan dövləti milli maraqların təmin edilməsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün xarici siyasətin düzgün seçilməsi strateji əhəmiyyət kəsb edir. Kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini qoruyub saxlamağa və inkişaf etdirməyə imkan vermiş xarici siyasət yürütməyə nail olmuşdur. Xarici siyasətinin prioritetləri sırasında ölkə iqtisadiyyatının müxtəlif sahələrinin tərəqqisinin sürətləndirilməsi və iştirakçısı olduğu Avrasiya enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi də Azərbaycanın son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də uğurlara nail olmaq məqsədilə fəal siyasət həyata keçirir. Azərbaycanın düzgün xarici siyasətinin Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun və yeni enerji layihələrinin təməlinin qoyulmasında və həyata keçirilməsində böyük rol oynadığı heç kimə sirr deyil.
Möhtərəm cənab Prezidentin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz regionda sülhün, sabitliyin, stabil sağlam mühitin və təhlükəsizliyin təmin edilməsində əsas açar rolunu oynuyan dövlətdir. Cənab Prezidentin uğurlu iqtisadi siyasəti nəticəsində bir neçə neft-qaz kəmərləri və nəqliyyat xəttləri çəkilmişdir.Ölkəmiz regionda və dünyada bir sıra enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı həm də Cənubi Qafqazın aparıcı lider ölkəsi hesab olunur. Bakı -Tbilisi-Ceyhan neft kəməri (BTC),Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Cənub-Qaz-Dəhlizi (CQD) Bakı-Tbilisi-Qars dəmiryolu xətti Cənub-Qaz-Dəhlizi (CQD) və s.. iradə Azərbaycan və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanmışdır.Layihə azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirilib. 40 milyard dollarlıq smeta dəyəri olan layihə 4 seqmentdən ibarətdir TANAP-Trans-Anadolu boru xətti, TAP-Trans-Adriatik boru xətti və CQ-Cənubi-Qafqaz boru xətti. TANAP vəTAP layihələrinin reallaşdırılması Avropa İttifaqının diverskasiyasının əsas strategiyasını təşkil eliyir. BTC, BTƏ, Cənub-Qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu kimi iri meqalayihələr ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran və regionda təhlükəsizliyin qorunmasına xidmət edən beynəlxalq əhəmiyyətli infrastruktur layihələridir. Ölkə başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara həm üzv qəbul olunub həmdədünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası az sonra – 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş ölkəmiz İlham Əliyev şəxsiyyətin prinsipial iradəsi sayəsindəAzərbaycanın 2012-2013-cü illər dövrü üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyü beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə ölkəmizin çəkisini artırmışdır. Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur.
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş böyük nailiyyətlərindən biri olmaqla, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir. 2012-ci ilin may və 2013-cü ilin əoktyabr aylarında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu iki ay müddətində Təhlükəsizlik Şurası 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və sədrin 3 bəyanatını qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Xatırladaq ki,Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapmışdır. Cənab Prezidentin məqsədyönlü fəaliyyəti praqmatik yanaşma tərzi ölkəmizi dünya çapında mötəbər dövlətə çevirdi. Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək. BMT-nin məlum qətnamələri 27 il ərzində kağız üzərində qalmışdı.
Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik , hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi. Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğu illərdə aparılan sülh danışıqlarında Azərbaycan 1 şərtlə danışıqlar masasına otururdu. O şərtdə bu idi. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq norma və prinsiplərinə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələri və Helsinki Yekun Aktının müvafiq müddəalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, süverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində sülh yolu ilə ədalətli şəkildə öz həllini tapmalıdır. Ermənistanın illərlə həyata keçirmiş olduğu qeyri-konstruktiv mövqe ucbatından Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. Və beləliklə, Cənab Prezident İlham Əliyev bəşəri ideoloji ideyalara söykənərək qlobal düşüncəli dövlət xadimi olduğunu birdaha sübut etdi.
2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsinin nəticəsi olaraq təcavüzkar dövlət sülhə məcbur edilmişdir. Və beləliklə, Cənab Prezident İlham Əliyev bəşəri ideoloji ideyalara söykənərək qlobal düşüncəli dövlət xadimi olduğunu birdaha sübut etdi. Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb və Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur. Dinamik inkişafda olan Azərbaycan bu gün transsərhəd layihələrin əsas icraçısıdır.
Sabirli Elvin
Siyasi şərhçi
Beynəlxalq İqtisadi Münasibətlər


