Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hadisə nəticəsində azı 1000 nəfərin öldüyünü açıqlayıb.
Xəstəxanada yüzlərlə yaralı, xəstə və köçkünlərin olduğu bildirilir.
Məlumata görə, İsrail ordusu tərəfindən təcili tibbi yardım maşınları da vurulub.


