Məlum olduğu kimi, bir müddət əvvəl Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən müəyyən məbləğdə ödəniş tələb edilirdi. Universitetdən isə bildirildi ki, səbəb tələbələrin təhsili üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinə geri qaytarılmasıdır.
Ancaq Elm və Təhsil Nazirliyinin açıqlamasında isə qeyd olunmuşdu ki, tələbələrdən ödəniş tələb edilməsi qanunvericiliyə ziddir.
Bu müddət ərzində məsələnin həll olunduğu deyilsə də, bəzi tələbələrin iddialarına görə adlarının qarşısındakı borc məbləği olduğu kimi qalır.
İddialar nə qədər doğrudur? Bu hal məzunlara diplomlarının verilməsinə təsir edəcək?
Qərbi Kaspi Universitetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzuyla əlaqədar anlaşılmazlıq yaranıb:
“Məsələylə bağlı tələbələrə müvafiq məlumat verilib. Yaranmış anlaşılmazlıq aradan qaldırılıb. Hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı problem mövcud deyil”, -deyə universitet iddiaları təkzib edib.
TREND
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək


