Vətən müharibəsi qazisi Mobil Əhmədzadə ailə həyatı qurub.
BAKU.NEWS-un məlumatına görə, onun toy məclisi ötən gecə Bakıdakı restoranların birində baş tutub.
Məclisdə dövlət qurumlarının rəsmiləri, tanınmış simalar da iştirak edib.
Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anada olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb, ayağı amputasiya olunub. Leytenant Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.


