Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov koronavirusa yoluxub.
BAKU.NEWS bildirir ki, bu barədə o, Feysbuk hesabı vasitəsilə məlumat verib.
Nazirin sözlərinə görə, o, koronavirus infeksiyası ilə hospitala yerləşdirilib:
“Riayət etdiyim bütün ciddi sanitariya tədbirlərinə baxmayaraq, risklər həmişə var. Bu, xüsusilə, işləyən və distant işləyə bilməyənlərə aidddir”, – Birtanov qeyd edib.
Birtanov bütün qazaxıstanlılardan “şəxsi karantin”ə və profilaktik tövsiyələrə riayət etmələrini xahiş edib.


