Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya gedəcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu, Qaribaşvilinin vəzifəsinin icrasına başladıqdan sonra Türkiyəyə ilk rəsmi səfəridir. Səfər çərçivəsində Türkiyə və Gürcüstan arasındakı ikitərəfli əlaqələr bütün aspektləri ilə nəzərdən keçiriləcək.
Mövcud qonşuluq münasibətlərinin bə strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımların gündəmdə olacağı görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsinin aparılması planlaşdırılır.


