“Ölümə gedənlər Birliyi”nin sədri, Fövqəladə Hallar Nazirliyində Xilasetmə Xidmətinin rəis müavini çalışmış, general-mayor Astvatsatur Petrosyan ölüb.
BAKU.NEWS bildirir ki, yaxınları onun Qarabağdakı sarsıdıcı məğlubiyyətin təsiri altında ürək tutmasından keçindiyini yazırlar.
Xatırladaq ki, Astvatsatur Petrosyan Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan torpaqlarına təcavüzdə aktiv iştirak edib. O 1992-ci il mayın 8-də Şuşaya hücumun əsas iştirakçılarından olub.


