Qarabağda son döyüş əməliyyatları zonasında daha üç erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
BAKU.NEWS erməni KİV-lərinə istinadən xəbər verir ki, iki meyitin qalıqları Xocavənd, biri isə Cəbrayılda aşkar edilib. Onların döyüş əməliyyatlarının iştirakçıları olduğu vurğulanıb.
Hazırda Hadrut bölgəsində və Cəbrayılada axtarış işləri aparılır.
Qeyd edək ki, 2020-ci il noyabrın 13-dən indiyədək döyüş meydanından 1321 erməni cəsədi və qalıqları aşkar olunaraq götürülüb.


