“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Ağdam təmsilçisi pley-off mərhələsinin cavab oyununda Bakıda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Kadi Borges açıb. Buna baxmayaraq, 2 qol vuran “Tvente” matçın əlavə vaxta getməsinə nail olub. Qonaqların heyətində Marko Pyatsa (79) və Maks Brüns (90+2) fərqləniblər. Əlavə vaxtda daha 2 dəfə “Qarabağ”ın qapısına yol tapan Ensxede təmsilçisi yekun hesabı müəyyənləşdirib. Bu dəfə Vaut Veqorst (94) və Yunes Taha (114) adlarını tabloya yazdırıblar.
Matçın 106-cı dəqiqəsində Ağdam klubunun futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, ilk görüşdə 1:0 hesablı qələbəyə baxmayaraq, evdə böyük hesabla uduzan “Qarabağ” avrokuboklarla vidalaşıb. “Tvente” isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
TREND
- “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb
- Kardiologiya İnstitutunda pasiyentyönümlü xidmətə xüsusi diqqət – FOTOLAR
- Sürücülərin nəzərinə! – Bu küçələr bağlanır
- “Barselona” “Sabah”a rəqib oldu – Bakıya gələcək
- “Visa” kartları ilə aparılan əməliyyatların həcmi məlum oldu
- Ülviyyə Hacıyeva “PAŞA Sığorta”dan GETDİ
- Süni intellektin düzgün tətbiqi və uğurun əsas prinsipi
- Ayşə Allahverdiyeva: Süni intellekt onkoloq və pasiyent arasında etibarlı körpü olacaq


