Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Müzəffər Prezidentimiz cənab İlham Əliyev son 20 ildə Ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş xəttinə çıxarıb. Milli maraqları hər şeydən üstün tutan Ölkə başçısı qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə, Respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacarıb.
Müasir dövrün dünya liderləri arasında özünəməxsus mövqeyi olan cənab Prezident siyasi, iqtisadi, diplomatik, qlobal və digər sahələri əhatə edən genişmiqyaslı nailiyyətləri və Azərbaycan adına bağlı fundamental uğurları barədə çox danışmaq olar. Ancaq əminliklə demək olar ki, 44 günlük Vətən Müharibəsində əldə olunan Şanlı qələbə öz tarixi əhəmiyyətinə və siyasi çəkisinə görə bütün digər nailiyyətlərin zirvəsində dayanır. Tarixə nəzər salsaq çoxəsrlik dövlətçilik tariximizdə bu maştabda uğur, nailiyyət əldə edilmədiyini görə bilərik. Məhz bu uğur, ardınca üç ay öncə suverenliyimizin bərpa edilməsi istiqamətində atılmış addım Şanlı tariximizin ən mükəmməl uğur və nailiyyətləridir. Tarixi Zəfərimizin memarı olan cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına Qalib Xalqın Qalib Lideri olaraq əbədi yazdı.
Məhz belə bir dönəmdə cənab Prezident İlham Əliyev tərəfindən ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə Sərəncam imzalanması dövrün və zamanın tələbidir. Özünü cənab İlham Əliyevə “rəqib” görənlər üçün qeyd edə bilərik yaxşı fürsətdir. Belə məqamda deyə bilərik ki, buyurun, görün xalq kimi sevir, kimə inanır, kimə etimad göstərir.
Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar, eyni zamanda, ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu da öz növbəsində ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Əlbəttə ki, hər zaman olduğu kimi bu dəfə də bəzi qaragüruhçular mənasız və gülünc arqumentlər səsləndirəcəklər. Lakin “həmin qüvvələrin” bu seçkidə bir faiz belə şanslarının olmadığı, həm onların özlərinə, həm də havadarlarına gün kimi aydındır.
Əliheydər Qarayev;
Neftçala rayonu


