Müğənni Nadir Qafarzadə müzakirələrə səbəb olacaq açıqlama verib.
BAKU.NEWS-un məlumatına görə, sənətçi ARB kanalında yayımlanan “Elgizlə izlə” proqramında qonaq olarkən şiddətə məruz qalan qadınların evdə oturmalı olduqlarını, tərk etdikləri halda özlərini ucuzlaşdırdıqlarını bildirib:
“Çalışın evdən getməyin. Hər dəfə gedəndə ucuzlaşırsınız. Ya gedin qayıtmayın, ya da getməyin, dözün. Əgər yüz manat qiymətiniz varsa, evdən gedəndə 80-nə, daha sonra 60 manata düşürsüz”.
N.Qafarzadənin bu fikirlərini Elgiz Əkbər dəstəkləsə də, digər aparıcı Pərvanə Tahirqızı sənətçinin fikirlərinin doğru olmadığını qeyd edib.


