“Strategy&” şirkətinə Azərbaycan üzrə direktor təyin edilib.
Bu vəzifə Cavid Həsənova həvalə olunub.
Qeyd edək ki, C.Həsənov bundan öncə Azərbaycan İnvestisiya Holdinqində Sahə ekspertizası üzrə direktor vəzifəsində çalışıb.
Xatırladaq ki, “Strategy&” “PwC” şəbəkəsinin tərkibinə daxil olan qlobal konsaltinq şirkətidir. Şirkət bu ildən Azərbaycanda da fəaliyyət göstərməyə başlayıb. (Plat.az)


