Sabah Naxçıvan daha bir tarixi hadisəyə şahidlik edəcək. Prezident İlham Əliyevin qədim diyara gözlənilən növbəti səfəri təkcə muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın regional mövqeyi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Prezident İlham Əliyevin diqqət və qayğısının daim hiss olunduğu bölgələrdəndir. Bu, təsadüfi deyil. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamlılığı Naxçıvan siyasətində də özünü aydın göstərir. Dövlət başçısı muxtar respublikanın inkişafını yalnız kabinetdən verilən qərarlarla deyil, mütəmadi səfərləri, yerində müşahidələri, tapşırıq və göstərişləri ilə təmin edir. Naxçıvanda son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur, sosial və iqtisadi layihələr də bu siyasətin praktiki nəticələridir.
İki Sahil


