Azərbaycan Prezidenti İlham Əliyev bu gün Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub.
BAKU.NEWS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı, eyni zamanda Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.
***
Prezident İlham Əliyev, həmçinin Füzuli şəhərində idman kompleksinin, ikinci yaşayış kompleksinin, 240 yerlik uşaq bağçasının və üçüncü yaşayış kompleksinin təməlini qoyub.


