“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilib (əlavə olunur).
Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
TREND
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib


