Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli tədbirlərin gerçəkləşdirilməsi, bu sahədə ortaya qoyulmuş güclü siyasi iradənin nümayiş etdirilməsi ilə bağlıdır.
Ölkəmizdə aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının əsas xəttlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Ölkə başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövrünə nəzər salsaq aşkar şəkildə görəcəyik ki, korrupsiya və rüşvətxorluğa, o cümlədən digər neqativ halların aradan qaldırılması məsələsi daim diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə ardıcıl qərarlar qəbul edilmiş, müvafiq proqramlar imzalanmışdır. Atılan bu addımlar ən sonda Respublikamızın sosial-iqtisadi inkişafına mənfi təsir göstərən halların qarşısına sədd çəkməklə ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirən başlıca faktora çevrilmişdir. Ölkə başçısı tərəfindən bu gün yüksək vəzifələrə təyinatlar həyata keçirilərkən, məsul vəzifələrə təyin edilən şəxslərlə görüşlər zamanı bir daha cənab Prezident bu tədbirlərin daha qətiyyətli, daha əzmlə aparılacağını bəyan edir və hüquqazidd əməllərə yol verən vəzifəli şəxslər barədə daha sərt şəkildə cəza tədbirlərinin həyata keçiriləcəyini səsləndirir. Bu günlərdə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbul edən cənab Prezident İlham Əliyev bu istiqamətdə rəhbər şəxslər qarşısında ciddi tapşırıqlar qoydu.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli tədbirlərin gerçəkləşdirilməsi, bu sahədə ortaya qoyulmuş güclü siyasi iradənin nümayiş etdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə reallaşdırılan hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən birini təşkil edən korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması dövlət idarəetməsinin şəffaf fəaliyyətinin təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır..
Ruhəngiz Nəcəfova;
Neftçala rayonu


