“Premium Bank” ASC 2026-cı ilin yanvar-sentyabr aylarında 12,983 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, mənfəət vergisi ödəməyib.
Bu, bankın cari ilin ilk 9 ayı üzrə maliyyə göstəricilərindən məlum olur.
Hesabat dövründə bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 42,8% və ya 3,891 milyon manat artıb.
Belə ki, “Premium Bank” 2025-ci ilin yanvar-sentyabr aylarında 9,092 milyon manat xalis mənfəət əldə edib. Maraqlıdır ki, bank ötən ilin eyni dövründə də mənfəət vergisi üzrə xərc göstərməyib.
Bununla belə, “Premium Bank” 2025-ci ilin yekunları üzrə 3,143 milyon manat mənfəət vergisi açıqlayıb.
Qeyd edək ki, “Premium Bank” bu ilin üçüncü rübü üzrə mənfəət vergisi hesablamayan 6 bankdan biridir.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildən isə indiki adı ilə fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 174,601 milyon manat təşkil edir. Son açıqlanan səhmdar strukturuna əsasən, səhmlərin 86,25%-i “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərova, 13,47%-i “VIP Aviation Services” MMC-yə, 0,28%-i isə Elvira Əhmədovaya məxsusdur. (Plat)
TREND
- Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- “8 Noyabr – Zəfər Günü” ilə bağlı Şuşada qazilərlə görüş keçirilib
- Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib
- “AzInTelecom”un əməkdaşları Ağdamda 300 ağac əkib
- “ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir
- AQTA-da Zəfər Günü münasibətilə tədbir keçirilib
- RİTM – Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
- Sahibkar yanan mağazasına görə “Unibank”ı MƏHKƏMƏYƏ VERDİ


