Müxtəlif obyektlərdə müştəriyə verilən poverbanklar mobil cihazların bütün məlumatlarını əldə edir və bank hesablarını mənimsəyirlər. Bu kiberdələduzluq növü mobil telefona həmin enerji yükləyici vasitəsilə ötürülən virusun köməyi ilə həyata keçirilir. Bu informasiyalar Türkiyə mediasında həyəcan təbili xarakteri alıb.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da mobil telefonlar insan həyatlarının bir hissəsinə çevrilib. Oxşar situasiya, yəni telefonun sönməməsi üçün azərbaycanlılar da evdən kənarda poverbank xidmətlərindən yararlanırlar. Xoşbəxtlikdən Azərbaycan vətəndaşları bu dələduzluqla qarşılaşmayıblar. Yaxud məlumatsızdırlar.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri Elvin Abbasov məsələyə aydınlıq gətirib. O qeyd etdi ki,bir neçə il əvvəl telefonların adapter nöqtələri ilə məlumat mübadilə yerləri fərqli idi.
Buna görə də tövsiyyə olunur ki, vətəndaşlar açıq yerlərdə pulsuz internetlərə qoşulmasınlar, həmçinin ictimai yerlərdə yalnız öz enerji yükləyicilərindən istifadə etsinlər.



