Şəmkir Rayon Polis Şöbəsinin tərəfindən Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, rayon ərazisində baş tutan kampaniyaya Şəmkir RPŞ rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov, polis əməkdaşları, Rayon İcra Hakimiyyətinin, eləcə də digər hüquq-mühafizə qurumları və təşkilatların nümayəndələri də qoşulub.
Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.





