Azərbaycanda pensiya ödənişlərinin paytaxt və regionlar üzrə fərqli tarixlərdə həyata keçirilməsi yenidən müzakirə mövzusuna çevrilib.
BAKU.WS-in məlumatına görə, mövcud elektron sistem və maliyyə imkanları nəzərə alınaraq pensiyaların ölkə üzrə daha qısa müddətdə və ya eyni vaxtda ödənilməsi mümkündür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, hazırda Bakı və iri şəhərlərlə rayonlar arasında pensiya ödəniş günlərində yaranan fərq bir sıra vətəndaşlar üçün əlavə çətinlik yaradır:
“Xüsusilə kredit öhdəlikləri, kommunal xərclər və gündəlik ödənişləri olan pensiyaçıların vaxtında vəsait əldə etməsi vacib hesab olunur.
Təklif edirik ki, pensiyalar ya bütün ölkə üzrə eyni gündə, ya da maksimum bir neçə gün fərqlə köçürülsün. Məsələn, paytaxtda ödənişlər ayın 10-da həyata keçirilirsə, rayonlarda da ən gec növbəti gün verilməsi daha məqsədəuyğun sayılır.
Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanları və sistemin elektronlaşdırılması ödənişlərin daha operativ həyata keçirilməsinə şərait yaradır. Bu isə pensiyaçıların maliyyə planlamasını asanlaşdıra və gecikmələrdən yaranan problemlərin qarşısını ala bilər.
Vahid və daha sürətli ödəniş mexanizmi xüsusilə regionlarda yaşayan yaşlı insanların sosial rifahına müsbət təsir göstərə bilər”.
TREND
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib


