“Payonix Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyində növbəti dəyişiklik baş verib.
Fuad Elçin oğlu Bağırov BOKT-un Müşahidə Şurasının sədri təyin edilib.
O, bu vəzifədə Zamin Ramiz oğlu Cəfərovu əvəz edib. Məlumata əsasən, dəyişiklik 2026-cı ilin sentyabrından qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl Zamin Cəfərov “Payonix BOKT” MMC-nin direktoru təyin edilmişdi və o, vəzifəsinin icrasına 1 avqust 2026-cı ildən başlamışdı. Əvvəlki direktor Elnur Əliyev isə BOKT-dən ayrılmışdı.
Beləliklə, Zamin Cəfərov Müşahidə Şurasının sədri postundan icraedici rəhbərliyə keçib, Müşahidə Şurasına isə şirkətin təsisçisi və 100% pay sahibi Fuad Bağırov rəhbərlik etməyə başlayıb.
Xatırladaq ki, “Payonix BOKT” MMC 30 iyun 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 16 may 2024-cü ildə Azərbaycan Mərkəzi Bankından BKT-47 saylı lisenziya alıb. BOKT-un əsas fəaliyyət istiqaməti milli valyutada məhdud bank fəaliyyəti həyata keçirməkdir. (Plat.az)


