“PAŞA Property Management” şirkətinə məxsus “Baku City Villas” və “İzmir Villas” komplekslərinə direktor təyin edilib.
Bu vəzifə Fərid İbadova həvalə olunub.
F.İbadov bundan öncə şirkətin “JW Marriot Absheron Apartments”, “Baku Palace Apartments”, “Park View Apartments”, “Park View Business Centre” layihələri üzrə direktor olub.
F.İbadov əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Travel” MMC-də Təhlükəsizlik üzrə məsul şəxs olaraq başlayıb. Daha sonra 2014-2022-ci illərdə “PAŞA İnşaat” MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ildən isə, “PAŞA Property Management”də fəaliyyətə başlayıb.
Qeyd edək ki, “PAŞA Property Management” premium daşınmaz əmlakın idarə edilməsi sahəsində fəaliyyət göstərir.


