“Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü, PAŞA Holding-in, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, Trendyol Azərbaycan və digər tərəfdaş şirkətlərin dəstəyi ilə təsis edilən ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini uğurla davam etdirir.
Sözügedən təşəbbüsün əsas məqsədi əlilliyi olan gənclərin məşğulluğuna dəstək göstərmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən bu kafedə ümumilikdə 20 gənc çalışır ki, onlardan bir qismi autizm spektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malik şəxslərdir.
Qeyd edək ki, qadınlar və uşaqlara dəstək göstərmək PAŞA Holding-in korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Bu çərçivədə Holding talassemiyadan və autizmdən əziyyət çəkən uşaqlara, kimsəsiz övladlara dəstək məqsədilə müxtəlif yardım və qanvermə aksiyaları, eləcə də digər sosial layihələrə dəstək verir.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


