PAŞA Bank 18 iyun 2026-cı il tarixində səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Yığıncağın gündəliyində 2025-ci ilin maliyyə nəticələrinə əsasən “PAŞA Bank” ASC-nin səhmdarlarına dividend ödənilməsi və digər məsələlər dayanır.
Səhmdarlar gündəlik materiallarını Bankın Baş ofisində və elektron müraciət vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, PAŞA Bank 13 aprel 2026-cı il tarixində elan etdiyi İlkin Kütləvi Təklif (Initial Public Offering – IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini 12 iyun 2026-cı il tarixinədək uzadıb.
PAŞA Bank kapitalının 5%-ni təşkil edən cəmi 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


