“Erməni diasporunun liderləri Los-Ancelesdə, Parisdə oturub kofe içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, proseslər normallaşsın”.
BAKU.NEWS Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
H.Hacıyev qeyd edib ki, münaqişədən sonra Ermənistan mina xəritələrinin yalnız 25 faizini verib:
“100 faizdən 25 faizin verilməsi çox azdır. Ermənistan diasporu Azərbaycana nifrət, revanş siyasəti yürüdür. Mənim 8 yaşım var idi, Sovet pioneri idim. O günlər xatirələrimdən getmir, münaqişənin nəticələrinə şahidlik etmişdim. Ermənistanın siyasi rəhbərliyi Azərbaycana nifrət münasibətində idi və istəkləri torpaqlarımızı işğal etmək idi. İstəməzdik ki, hadisələr bu cür səpkidə inkişaf etsin”.


