İş adamı Mübariz Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holdinq”ə məxsus gəmilərin adları dəyişdiriləcək.
Bu barədə BAKU.NEWS-a “Palmali Holding”in m’tbuat katibi Fidan Quliyeva məlumat verib.
Onun sözlərinə görə, bu gündən etibarən gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır.
İdarə Heyətinin qərarı ilə ilk gəmi 30 mart tarixində yola salınacaq. 140 metrə uzunluğunda olan nəhəng gəmi General Polad Həşimovun adını daşıyacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutacaq. Gəminin yola salınma mərasimində Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcəklər.
Gəminin texniki göstəriciləri isə bunlardır:
Gəmi 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir.



